Home Gündəm Milli Məclisin sədri Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri ilə görüşüb

Milli Məclisin sədri Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri ilə görüşüb

83
0
SHARE

Aprelin 7-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Birləşmiş Krallıq Parlamentinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmənin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, görüşdə Milli Məclisin sədri Birləşmiş Krallıq Parlamentinin nümayəndə heyətinin ölkəmizə səfərini yüksək qiymətləndirib. Sahibə Qafarova qonaqlara Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən sonra bölgədə yaranmış yeni vəziyyət, ölkəmizin sülh təşəbbüsləri barədə danışıb, iki ölkənin parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri barədə fikirlərini bölüşüb, bu sahədə dostluq qruplarının rolunu vurğulayıb.

Bob Bləkmən ölkəmizə səfəri çərçivəsində keçirdiyi görüşlərdən, aparılan danışıqlardan məmnunluğunu ifadə edib. Qonaq Ağdam şəhərinə səfəri barədə təəssüratlarını bölüşüb, işğaldan azad olunmuş ərazilərdə aparılan tikinti-quruculuq işlərini yüksək qiymətləndirib, bölgədəki vəziyyət barədə fikirlərini səsləndirib.