Home Gündəm Azərbaycan Prezidenti: Ərəb ölkələri ilə münasibətlər uğurla inkişaf edir

Azərbaycan Prezidenti: Ərəb ölkələri ilə münasibətlər uğurla inkişaf edir

75
0
SHARE

Ərəb ölkələri ilə münasibətlər uğurla və hərtərəfli inkişaf edir.

TAN.AZ xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Ərəb Parlamentinin prezidenti Adel bin Əbdulrəhman əl-Asumini qəbul edərkən bildirib. Dövlət başçısı Xalqlarımızı ortaq tarixin birləşdirdiyini vurğulayıb. Prezident İlham Əliyev ötən il Ərəb Liqasının Zirvə Toplantısına dəvət olunmasını əlaqələrimizin yüksək səviyyəsinin göstəricisi kimi dəyərləndirib.

Dövlət başçısı ərəb ölkələrinin həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi zamanı, həm də Zəfərimizdən sonra Azərbaycanla həmrəy olmasını yüksək qiymətləndirib və Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də çoxsaylı qətnamələr qəbul olunmasının önəmini qeyd edib.