Home Gündəm Xarici diplomatlar Azərbaycan-Ermənistan sərhədində

Xarici diplomatlar Azərbaycan-Ermənistan sərhədində

84
0
SHARE

İyunun 24-də Laçın rayonuna səfər çərçivəsində xarici diplomatlar Ermənistanla Azərbaycan arasında Laçın sərhəd-gömrük buraxılış məntəqəsinin yerləşdiyi körpüyə gəliblər.

TAN.AZ xəbər verir ki, əvvəlcə xarici diplomatlar Ermənistanla Azərbaycan arasında Laçın sərhəd-gömrük buraxılış məntəqəsinin yerləşdiyi körpüyə gəliblər. Onlara Ermənistanın bir sərhədçimizin yaralanması ilə nəticələnən son təxribatları haqqında məlumat verilib.

Bildirilib ki, silahlı təxribata qədər Xankəndidə yaşayan erməni əsilli sakinlər sərhəd-keçid məntəqəsindən heç bir maneə olmadan istifadə ediblər. Hazırda da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə tibbi evakuasiya təyinatlı keçidə şərait yaradılır. Başqa sözlə, bəzi dairələrin iddia etdiyi kimi, yol bağlı deyil. Sadəcə, Ermənistanın son təxribatı ilə bağlı müvəqqəti istintaq tədbirləri həyata keçirilir.

Xarici diplomatların diqqətinə çatdırılıb ki, Ermənistan tərəfi sərhəd-gömrük buraxılış məntəqəsindəki hazırkı vəziyyətdən propaqanda vasitəsi kimi istifadə edir. Bəzi Avropa siyasətçiləri də gəlib körpünün digər hissəsində dayanaraq, həqiqəti əks etdirməyən birtərəfli məlumatlar paylaşırlar. Onlar bu vəziyyətdən özlərinin piar kampaniyaları üçün yararlanmağa çalışırlar.