Home Gündəm Nazir: Son aylar Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində intensiv iş aparılır

Nazir: Son aylar Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində intensiv iş aparılır

91
0
SHARE

Son aylar Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində intensiv iş aparılır.

TAN.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bu müddət ərzində liderlər səviyyəsində bir neçə dəfə görüşün keçirildiyini, eyni zamanda, xarici işlər nazirləri səviyyəsində intensiv təmasların olduğunu bildirərək qeyd edib: “Həmçinin kommunikasiyaların açılması, delimitasiya kontekstində Baş nazirlərin müavinləri səviyyəsində formatlar mövcuddur. Yaxın zamanlarda bu istiqamətdə də görüşlərin keçirilməsi planlaşdırılır”.