Home Gündəm Azərbaycan XİN-in rəhbəri: Növbəti illərdə ölkəmizə qarşı ikili standartların şahidi olmaq istəmirik

Azərbaycan XİN-in rəhbəri: Növbəti illərdə ölkəmizə qarşı ikili standartların şahidi olmaq istəmirik

61
0
SHARE

Hadija Labib keçmişə yox, gələcəyə baxmalı olduğumuzu tövsiyə etdi. O, gələn ilin yanvarında Belçikanın Avropa İttifaqına sədrlik edəcəyini bildirib. Mən də bu sədrliyin uğurlu olmasını diləyirəm.

TAN.AZ xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov avqustun 24-də Belçikanın xarici işlər naziri Hadija Labib ilə birgə keçirdiyi brifinq zamanı deyib.

“Bizim istəyimiz və gözləntimiz növbəti illərdə ölkəmizə qarşı ikili standartların şahidi olmamağımızdır. Biz bəzi Avropa ölkələrinin separatçılığa necə həssas yanaşdıqlarını, necə mühüm qərarlar qəbul etdiklərini bilirik. Biz istərdik ki, Azərbaycanın həyata keçirdiyi işlərlə bağlı rəy verməzdən əvvəl addımın mahiyyətini başa düşsünlər. Ermənistanın separatçı, təxribat xarakterli addımları belə asanlıqla humanitar məsələ kimi qəbul edilə bilməz”, – deyə Azərbaycanın xarici işlər naziri vurğulayıb.