Home Gündəm Belçikanın xarici işlər naziri Azərbaycanın mina problemi barədə məlumatlandırılıb

Belçikanın xarici işlər naziri Azərbaycanın mina problemi barədə məlumatlandırılıb

57
0
SHARE

Beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörmət böyük əhəmiyyət kəsb edir. Azərbaycan bu istiqamətdə bütün zəruri addımları atır.

TAN.AZ xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov avqustun 24-də Belçikanın xarici işlər naziri Hadija Labib ilə birgə keçirdiyi brifinq zamanı deyib.Ceyhun Bayramov görüşdə, həmçinin işğaldan azad olunan ərazilərdə mina problemi, ərazi bütövlüyümüz təmin olunduqdan sonra bölgədə yaranmış yeni imkanlar və Azərbaycan dövlətinin baxışları ilə bağlı Belçikanın xarici işlər nazirini məlumatlandırdığını qeyd edib.