Home Gündəm “Paşinyan ölkəni idarə edə bilmir, ermənilər başqa dövlətlərə sığınır”

“Paşinyan ölkəni idarə edə bilmir, ermənilər başqa dövlətlərə sığınır”

263
0
SHARE

“Ermənistan əhalisinin əksəriyyəti erməni millətçilərinin, bəzi siyasətçilərin müharibəyə hazırlıq, revanş ötürmək, orduya səfərbər olmaq barədə söylədiklərinə inanmır. Bunun mümkün olmadığı fikrindədirlər”.

 

Bu sözləri tan.az-a Milli Məclisin Aqrar siyasət komitəsinin rəhbəri, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü Tahir Rzayev Ermənistandakı vəziyyət barədə danışarkən deyib.

 

Deputatın sözlərinə görə, mövcud reallıqlar, dövlətin bugünkü vəziyyəti, 44 günlük müharibədəki ağır məğlubiyyət bunu deməyə əsas verir:

 

“Ermənistan iqtisadiyyatı artıq çöküb, müharibə ağır olan vəziyyəti daha da çətinləşdirib. Daxili çəkişmələr böhranı kəskinləşdirib, xarici borclar artıb, işsizlik, yoxsulluq, xəstəlik insanların həyatını olduqca çətinləşdirib. Paşinyan hakimiyyəti ölkəni idarə edə bilmir. Sabitlik yaratmağa, qarşıdurmanı aradan qaldırmağa, siyasi qüvvələr arasında həmrəylik yaratmağa qadir deyil. Millətçilik, təcavüz niyyətindən, çirkin məqsədlərindən əl çəkməyən, müharibənin acınacaqlı nəticəsindən ibrət götürməyən Ermənistanın hərbi-siyasi hakimiyyəti yeni saxta bəyanatlar verməklə, üçtərəfli bəyanatın şərtlərini pozmaqla, sərhədlərimizə hücumlar təşkil edib, atəş açmaqla yenidən müharibəni alovlandırmaq həvəsindədir”.

 

Tahir Rzayev Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdəki çıxışında Qarabağın “status” məsələsinə yenidən toxunduğunu xatırladıb. O bildirib ki, erməni baş nazir paralel olaraq Minsk qrupunun fəaliyyətinin bərpa edilməsini tələb etməklə imzalanmış bəyanatın şərtlərini pozmaq yolunu tutur:

 

“Ermənistan rəhbəri sanki Azərbaycan Prezidenti, cənab İlham Əliyevin mövqeyindən xəbərsizdir. Dövlətimizin rəhbəri dəfələrlə Ermənistana və beynəlxalq aləmə bəyan edib ki, status olmayacaq. Minsk qrupu 30 ildir ədaləti bərpa edə bilmədiyinə, Azərbaycan torpaqlarının işğaldan azad olunması üçün heç bir təşəbbüs göstərmədiyinə görə, onun fəaliyyəti məqbul deyil. Biz özümüz tarixi ədaləti bərpa edib, torpaqlarımızı işğaldan qurtarmışıq.

 

Ermənistanın yenidən müharibə etmək cəhdi əbəsdir. Millətçilik, yersiz ideyalar, siyasi qarşıdurmalar, parlamentdəki dava-dalaş bu dövləti uçuruma aparır. Sadə xalq isə bundan bezib və onların çoxu nicat yolunu ölkəni tərk etməkdə, başqa dövlətlərə sığınmaqda görürlər. Bu ilin yanvar, iyul ayları ərzində 43 min 39 nəfərin Ermənistanı tərk etməsi acınacaqlı vəziyyətin göstəricisidir. Ölkə boşalır, bu halda dövlətin yenidən müharibə arzusuna qapılması onun yer üzündən silinməsinə gətirib çıxara bilər. Ağıllı ermənilər bunu dərk etdiklərinə görə, sülh müqaviləsinin bağlanmasına, üçtərəfli bəyanatın şərtlərinə əməl edilməsinə, Azərbaycan və Türkiyə ilə münasibətin yaxşılaşdırılmasına üstünlük verirlər. Əks halda onlar ölkəni tərk etməyi vacib bilirlər. Bu əsl reallıqdır, Ermənistan boşalır”.