Home Manşet Ceyhun Bayramov: XİN beynəlxalq təşkilatları məlumatlandırıb

Ceyhun Bayramov: XİN beynəlxalq təşkilatları məlumatlandırıb

295
0
SHARE

Sentyabrın 27-də səhər saat 6 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan tərəfə atəş açıb növbəti təxribatı törədib. Mülki şəxslər arasında ölən və yaralananlar var. Buna cavab olaraq Azərbaycan Silahlı Qüvvələri əks-əməliyyata başlayıb.

Trend-in məlumatına görə, bunu bu gün Xarici İşlər Nazirliyində keçirilən mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, bu hadisədən sonra Prezident Azərbaycan xalqına müraciət etdi: “Xarici İşlər Nazirliyi bu barədə beynəlxalq təşkilatları məlumatlandırıb və bəyanatlar yayıb”.