Çinin Şandon vilayətində qızıl mədənində baş verən partlayışdan sonra 14 gündür dağıntılar altında qalan mədənçilərin 11-i oradan çıxarılıb.
Trend-in məlumatına görə, bu barədə “Sinxua” agentliyi xəbər verib.
Məlumata əsasən, ilk xilas edilmiş mədənçi yerli vaxtla səhər 11:13-də çıxarılıb. Onun vəziyyəti ağır olduğu üçün dərhal xəstəxanaya aparılıb.
Xilasetmə əməliyyatına 633 nəfər və 407 texnika cəlb olunub.